Metsamor AES üçün Ermənistana xəbərdarlıq
16 Aprel 2011 Şənbə 22:47
“Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmalıdır.
Rəsmi Ankara “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün Ermənistana xəbərdarlıq edib. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, hazırda fəaliyyəti yararsız olan stansiya 40 il bundan əvvəl müasir standartlar nəzərə alınmadan tikilib.
Türkiyə rəsmisi əlavə edib ki, onun ölkəsi ilə 16 kilometrlik məsafədə olan “Metsamor” AES-in fəaliyyətinin dayandırılması region və Türkiyə əhalisini gözləyən təhlükənin qarşısını almaq üçün doğru addım olacaq. Türkiyə hökuməti stansiyanın bağlanması ilə əlaqədar lazımi beynəlxalq təşkilatlara müraciət edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: