Həyatımızda ən əhəmiyyətli yer tutan nəqliyyat vasitəsi metropoliten bir əsr yarım bundan əvvəl ilk dəfə İngiltərənin paytaxtı Londonda istifadəyə verilib. Bütün dünyaya ilham qaynağı olan London metrosu 150 yaşını qeyd edir.
150 il əvvəl londonun altında o vaxt heç kimin ağlına gəlməyəcək bir inkişaf yaşandı. 1863-cü ildə dünyada ilk dəfə bir qatar yer altında səfərə başladı. London metrosunun qurulmasının 150 illiyi səbəbilə təşkil edilən nostalji gəzintisində geyimlər də daxil olmaqla hər şey o günlərdə olduğu kimi idi. 150 il əvvəl metroda buxarlı qatardan istifadə edilirdi.
London meriyasının təşkil etdiyi bu gəzintidə 1898-ci ildə reysə buraxılmış bu tarixi qatardan istifadə edilib. London meri Boris Cansın da bu xüsusi gündə sərnişinlər arasında idi.