Metro tikintisine göre Moskva yalnız Pekinden geri qalır
27 Noyabr 2013 Çərşənbə 06:35
2020-ci iledek Moskva metropoliteninin uzunluğu 1.5 defe artacaq.
“2020-ci iledek Moskva metropoliteninin uzunluğu 1.5 defe artacaq”. ANS PRESS-in İnterfaks agentliyine istinaden verdiyi xebere göre, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlerine göre, Rusiya paytaxtında aparılan metro tikintisi yalnız Pekinden geri qalır. “Bu il metronun 6, gelen il ise 9 stansiyası istifadeye verilecek. Metroda çalışan fehlelerin sayı da öten ile nisbeten iki defe artıb. Hazırda metro tikintisinde 35 minden çox insan çalışır”, - deye Sergey Sobyanin bildirib. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar