Metro stansiyası bağlandı
13 Avqust 2014 Çərşənbə 13:44
Metro stansiyasına mümkün partlayış haqqında informasiyanın alınmasıyla əlaqədar giriş və çıxış sərnişinlər üçün bağlanıb.
Kiyevdə “Vokzalnaya” metro stansiyasına mümkün partlayış haqqında informasiyanın alınmasıyla əlaqədar giriş və çıxış sərnişinlər üçün bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Kiyev metropoliteninin mətbuat xidməti bildirib.

"Saat 15:08-də partlayış təhlükəsi haqqında informasiyanın alınmasıyla əlaqədar “Vokzalnaya” stansiyasına giriş və çıxış sərnişinlər üçün bağlanıb", - deyə xəbərdə deyilir.

Qatarlar stansiyada dayanmadan gedəcəklər.

Stansiyanın sonrakı iş rejimi qanun qoruyucuları tərəfindən aparılan yoxlamanın nəticələrindən asılı olacaq.

Kiyevdə istirahət günlərində bomba haqqında xəbərə görə “Kreşatik” metro stansiyası da bağlanmışdı. Həmçinin “Arsenal” metro stansiyası da istirahət günü "minalanmışdı".

Üç gün ərzində Kiyev metrosu 14 dəfə "minalanıb". Daha sonra bu məlumatlar yalan çıxıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar