Meteorit Çelyabinskə 1 milyard ziyan vurub
17 Fevral 2013 Bazar 09:28
Haisədə xəsarət alanlar artıq xəstəxanadan evə buraxılır.
Rusiyanın Çelyabinsk vilayətinə düşmüş meteoritin vurduğu maddi ziyan 1 milyard rublu ötə bilər. Bunu region administrasiyasının rəhbəri Mixail Yuryeviç deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində təxminən 100 min ailəyə maddi ziyan dəyib. Bu gün axşamadək meteoritin fəsadlarının və potensial təhlükəli obyektlərin monitorinqi başa çatdırılacaq.
Bu arada, meteorit partlayışının təsiri nəticəsində şüşə qırıqlarından xəsarət alanların xəstəxanadan buraxılmasına başlanılıb. Hazırda xəstəxanada 3-ü uşaq olmaqla, 20-yə yaxın zərərçəkmiş qalır. Ağır yaralılardan biri Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Moskva vilayətinə çatdırılıb. Xatırladaq ki, ümumilikdə 1200 adam meteorit partlayışından sonra tibbi yardım üçün müraciət edib.
DOSTLARINLA PAYLAŞ: