Mətbuata İŞİD xəbərdarlığı
16 İyun 2014 Bazar Ertəsi 02:29
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İŞİD-lə bağlı ölkə mətbuatına xəbərdarlıq edib.
ANS PRESS-in xəbərinə görə, baş nazir mətbuatda yazılan hər bir səhv fikrin girovlara zərər verə biləcəyini vurğulayıb.

“Mən burdan mətbuata müraciət edirəm. Hal-hazırda 100-ə yaxın vətəndaşımız İŞİD ünsürlərinin əlində girovdur. Biz onları sağ-salamat xilas etməyə səy göstərdiyimiz bir anda siz onları təhrik edərək nə əldə etməyə çalışırsınız? Lütfən, bir şeyi xahiş edirəm ki, bu prosesi yazmadan, cızmadan, çox da danışmadan izləyin. Çünki bu təhriklər lehdə yox, əleyhdə hadisələrə səbəb olur. Biz təhlükəsizlik qüvvələrimizlə, diplomatlarımızla, əlaqədar təşkilatlarımızla problemin həllinə çalışnda mətbuat sıxıntı yaradır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar