Məsud Bərzaninin səlahiyyət müddəti uzadıldı
01 İyul 2013 Bazar Ertəsi 01:48
Şimali İraq kürd muxtar bölgəsində keçiriləcək seçki təxirə salındı
Şimali İraq kürd muxtar bölgəsinin rəhbəri Məsud Bərzaninin səlahiyyət müddəti 2 il uzadılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Məsud Bərzani hələ 2015-ci ilə kimi öz vəzifəsində qalacaq.
Şimali İraq kürd muxtar bölgəsinin məclisi, Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) irəli sürdüyü Məsud Bərzaninin səlahiyyət müddətinin daha 2 il uzadılması təklifi səs çoxluğu ilə qəbul edilib.
Beləliklə, sentyabrın 21-ində keçirilməsi planlaşdırılan seçkilər təxirə salınıb. Həmçinin, məclisin sədri Arsalan Bayizin səlahiyyət müddəti də iki il uzadılıb.
Müxalifət partiyaları Goran, Yekgirtu və Komalanın etirazları nəzərə alınmayıb.
DOSTLARINLA PAYLAŞ: