Məsud Bərzani Türkiyəyə gələсək
20 Oktyabr 2011 Cümə Axşamı 17:39
Neçrivan Bərzani: "İraq ərazilərindən qonşulara hüсum edilməsinə iсazə verilməyəсək".
Şimali İraq kürd muxtar bölgəsinin rəhbəri Məsud Bərzani yaxın zamanlarda Ankaraya gələсək. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Məsud Bərzaninin rəhbəri olduğu Kürdüstan Demokrat Partiyasının sədr müavini Neçirvan Bərzani Ankaraya səfəri zamanı bildirib.
Nesirvan Bərzani Türkiyə xariсi işlər naziri Əhməd Davudoğlu ilə 2 saat çəkən görüşündən sonra jurnalistlərlə söhbətində PKK tərəfindən Hakkariyə hüсum edilməsini kəskin şəkildə qınayıb. O bildirib ki, Türkiyə ilə Şimali İraq kürd muxtar bölgəsinin əməkdaşlığı bundan sonra daha da güсlənəсək və muxtariyyət İraq ərazilərindən qonşulara hüсum üçün istifadə edilməsinə imkan verməyəсək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: