Messi geri addım atdı
04 Sentyabr 2013 Çərşənbə 02:10
Messi Madridin namizedliyine destek vermediyi üçün İspaniyada tenqid hedefine çevrilib.
2020-ci il Olimpiya oyunlarına ev sahibi olmağa çalışan Madridin namizədliyinə dəstək vermədiyi üçün İspaniyada tənqid hədəfinə çevrilən Lionel Messi geri addım atıb.

ANS PRESS-in xarici mediayaya istinadən məlumatına görə, Argentinanın paytaxtı Buenos- Ayres İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko ilə birlikdə jurnalistlərin önünə çıxan ulduz futbolçu "Madrid - 2020'- ni dəstəkləyirəm" deyə bəyan edib.

“Barselona”lı futbolçu açıqlamasında Madridin Olimpiya oyunlarına ev sahibi olmaq üçün imkanlarının geniş olduğunu və bunun üçün dəstəyini verəcəyini bildirib. Alexandro Blanko isə bu dəfə bir neçə gün əvvəl Messinin Madridin namizədliyini dəstəkləməkdən imtina etdiyi barədə dediklərini təkzib edib: “Messi heç zaman Madridin namizəıdliyini rədd etməyiob. Sadəcə məşqlərdə olduğu üçün zamanı yox idi. Messinin bizə dəstəyi, Madrin olimpiya oyunlarına ev sahibi olmaq şanslarının artırır”. Qeyd edək ki, Messi ilə Blanko mətbuat konfransında "Madrid - 2020" bayrağıyla şəkil çəkdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar