Məşhur qalmaqalın müəllifi azadlıqdan məhrum edildi
11 Dekabr 2010 Şənbə 00:50
“YouTube”dəki videoçarx batalyon komandirinin müavininə üç illik həbsə başa gəldi
Ermənistanın Sünik vilayətinin məhkəməsi “Yeqnikner” hərbi hissəsinin batalyon komandirinin müavini Sasun Qalstyanı üç il müddəinə azadlıqdan məhrum edib. Bu barədə məlumatı “Azatutyun” radiostansiyasına Ermənistan Müdaifə Nazirliyinin mətbuat katibi David Karapetyan verib. Onun sözlərinə görə, hərbçi səlahiyyət həddini aşmaqda təqçirli bilinib.
Sasun Qalstyan “YouTube” saytındakı qalmaqallı vidoçarxdan sonra həbs edilib. Xatırladaq ki, Ermənistan ordusundakı durumu əks etdirən və “YouTube” portalında sentyabrın 11-də yerləşdirilmiş dəhşətli faktlar internet istifadəçilərini şoka salıb. Videoçarxda erməni zabitinin 2 gənc əsgəri təhqir etdiyi aydın görünür. Rütbəcə böyük olan hərbçi əsgərlərin əvvəlcə qulaqlarını dartır, daha sonra sillələyir və boyun nahiyəsinə su tökür. Erməni internet istifadəçiləri bildirirlər ki, bu alçaldıcı hadisə məhz Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda baş verib.
DOSTLARINLA PAYLAŞ: