Məşhur opera müğənnisi FİFA-da müşavir ola bilər
07 İyun 2011 Çərşənbə Axşamı 01:40
Yozef Blatter futbola məhəbbəti olan sənətkara vəzifə təklif edib
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter məşhur ispan opera müğənnisi Plasido Dominqoya FİFA-da müşavirlik təklif edib. Məlumatı “Associated Press” agentliyi yayıb.
Plasido Dominqo futbola sevgisi ilə tanınır. O, iki məşhur tenor - Luçano Pavarotti və Xose Karrerasla birlikdə dəfələrdə dünya çempionatlarının açılış mərasimlərində çıxış edib.
Qeyd edək ki, FİFA daxilindəki probelmləri həll etməli olan Müşavirlər Komitəsinə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin də qoşulacağı bildirilir.
DOSTLARINLA PAYLAŞ: