Məşhur müğənni prezidentliyə namizəd oldu
04 Yanvar 2012 Çərşənbə 05:28
Ali təhsili olmayan Yussu N`Dur bunun problem olmayacağını hesab edir.
Seneqallı məşhur müğənni Yussu N`Dur fevral ayında ölkəsində keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb. Müğənni özünə aid telekanalda ona bu istiqamətdə gələn təklifləri dəyərləndirdiyini, belə bir addım atmağa qərar verdiyini deyib.

Qeyd edək ki, Yussu N`Dur indiki prezident Abdulay Vadenin qarşısında yeganə rəqibdir. Vadenin üçüncü dəfə namizəd olmaq istəməsi ölkədə etirazla qarşılandığı üçün müğənni N`Durun daha şanslı namizəd olduğu güman olunur.

Ali təhsili olmayan Yussu N`Dur bunun problem olmayacağını hesab edir: “Mən dünya məktəbində oxumuşam. Gəzmək də insanı kitab kimi yetişdirir. Bacarıqlı, sadiq, işgüzar bir insan olduğumu dəfələrlə sübuta yetirmişəm”.

Məlumata görə Seneqalda prezident seçkisinin qalibi olmaq üçün ən azı səslərin 50 faizini əldə etmək lazımdır. Əks təqdirdə ölkədə ikinci tur seçki keçirilir.

Qərbi Afrikanın ən demokratik ölkəsi hesab olunan Seneqal regionda hərbi dövlət çevrilişinə məruz qalmayan yeganə ölkədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar