Məşhur müğənni az yaşlı qızları zorlamaqda günahlandırılır
29 Avqust 2013 Cümə Axşamı 20:17
O, 1980-ci illərdə doqquz az yaşlı qızın bakirəliyini pozmaqda günahlandırılır.
Britaniya məhkəməsi 83 yaşlı Avstraliya müğənnisi və rəssamı Rolf Harrisə qarşı cinayət işi qaldırıb. ANS PRESS “BBC”yə istinadən bildirir ki, o, 1980-ci illərdə doqquz az yaşlı qızın bakirəliyini pozmaqda günahlandırılır. Həmçinin artist keçmişdə uşaqları lentə aldığı «ləyaqətsiz şəkillərə» görə ittiham edilir. Musiqiçi sentyabrda məhkəmə qarşısına çıxmalıdır.

Avstraliyalı 30-dan artıq musiqi albomu çıxarıb. Həmçinin Rolf Harris kraliça II Yelizavetanın 80 illiyi ilə bağlı onun rəsmi portretini çəkib. “BBC” və “ITV”də bir sıra populyar televerilişləri aparıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar