Məşhur jurnalist Uğur Dündar qovuldu
16 May 2014 Cümə 03:02
Məşhur teleaparıcı-jurnalist Uğur Dündar faciə baş verən Soma kömür mədəninə gedərkən etirazla qarşılaşıb.
Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə işçi yaxınlarını özlərindən çıxarıb.

ANS PRESS-in məlumatına görə, ötən gün Türkiyə Jurnalistlər Federasiyası (TGF) sədri Atilla Sertel və məşhur teleaparıcı-jurnalist Uğur Dündar faciə baş verən Soma kömür mədəninə gedərkən etirazla qarşılanıblar.

Jurnalist bölgədə aparılan işlərlə maraqlanıb, qapalı vəziyyətdə qalan işçilərin yaxınları ilə söhbət edib. Məlumat topladıqdan sonra ətrafında yığışanlarla danışmağa başlayan Dündara bir qrup işçi yaxını, "Bura siyasət yürütmək yeri deyil, get burdan! Toya gəlmisən sanki, get burdan..." - deyə etiraz ediblər.

Reaksiyalar böyüdüyünü görən məşhur jurnalist danışığını yarımçıq saxlayaraq, mədən sahəsini tərk edib.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Bakı vaxtı ilə 02:45-də jurnalistlərə verdiyi açıqlamada ölü sayının 284 olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar