Məşhur italiyalı ifaçı Qarabağda uzunqulaq yarışını izləyib
19 Oktyabr 2010 Çərşənbə Axşamı 10:55
İtaliyalı müğənni yarış iştirakçılarına konsert verib.
İtaliya estradasının ulduzu Albano Korrizi ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarına- Dağlıq Qarabağa gedib. ANS PRESS-in “Armeniya Today”a istinadən verdiyi xəbərə görə, o, Azərbaycanın Ağdərə rayonunda ermənilərin ənənəvi olaraq keçirdiyi “Qarabağ korridası” uzunqulaq yürüşünü izləyib.
2003-cü ildən keçirilən yarışlarda 80 uzunqulaq iştirak edib. Albanonun izlədiyi bu uzunqulaq yarışının mükafat fondu 5000 ABŞ dolları olub. Uzunqulaq yarışmasının təşəbbüskarı isə rusiyalı sahibkar Levon Ayrapetyandır. İtaliyalı estrada ulduzunu məhz o, Azərbaycanın işğal altında olan ərazilərinə dəvət edib. Albano yarışın yekununda eşşək yarışı iştirakçılarına öz musiqi töhfəsini verib.
İtaliyalı müğənni “Azatutyun” radiostansiyasına müsahibəsində Qarabağa birinci dəfə gəldiyini və bu səfərdən olduqca şad olduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: