Məşhur idmançı sevgilisini öldürdü
14 Fevral 2013 Cümə Axşamı 12:15
Oskar Pistorius "Sevgililər günü"ndə qətl törədib
Məşhur idmançı-Cənubi Afrikalı atlet Oskar Pistorius "Sevgililər günü"ndə qətl törədib. ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, hadisə idmançının evində olub. Ayaqları olmayan və yardımçı qurğunun köməyi ilə qaçan atlet sevgilisinin başından və qolundan silahla vuraraq öldürüb.

Pistoriusun qadını “yalnışlıqla- oğru zənn edərək vurmasıda istisna edilmir. Polis hadisə ilə bağlı təfərrüat açıqlamaqdan imtina edib.

Qeyd edək ki, hər iki ayağında bazu sümüyü olmadan doğulan Pistorius özəl bir cüt protez ayaqla qaçır. O, ötən il Londonda keçirilən Olimpiada və Paraolimpiya oyunlarında yarışmışdı. Pistorius 400 metrdə yarı finala kimi yüksələ bilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar