Məşhur futbolçu Paskal Nouma: Fransa pasportumu cırıb atacam
29 Dekabr 2011 Cümə Axşamı 15:20
Paskal Noumadan Sarkoziyə sərt cavab.
Keçmiş "Beşiktaş"lı futbolçu Paskal Nouma qondarma erməni soyqırımı haqqında qanun layihəsini qəbul edən Fransa Parlamentinə sərt reaksiya verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən gün keçirilən tədbirlərin birində iştirak edən Nouma çıxışda qanun layihəsi ilə bağlı sualları cavablandırıb. Tanınmış futbolçu artıq Fransaya getmək istəmədiyini deyib. "2003-cü ildən bu yana Türkiyədəyəm. Türkiyə mənim vətənimdir. Bundan əlavə Türkiyə vətəndaşı olmaq üçün müraciət edəcəm. Türkiyə pasportunu alan kimi Fransa pasportumu çırıb atacam".


DOSTLARINLA PAYLAŞ:

oyunlar