Məşhur erməni “qanuni oğru” öldü
24 Aprel 2013 Çərşənbə 16:24
“Xoy” ləqəbli Rafik Xoetsyan dünyasını dəyişib.
Ermənistanın paytaxtı İrəvan şəhərində kriminal aləmdə “Xoy” ləqəbi ilə məşhur olan “qanuni oğru” Rafik Xoetsyan ölüb. Bu barədə “Praym Kraym” ANS PRESS-in məlumatına görə, oğru aləminin məşhur simalarından olan “Xoy” 77 yaşında dünyasını dəyişib.
O, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Bu səbəbdən Rafik Xoetsyan kriminal aləmdən ayrılıb, dincəlirmiş. O, öz işlərini oğlu Rafaelə həvalə edib. Onun da “Qanuni oğru” titulunu daşıdığı bildirilir.
Qeyd edək ki, kriminal aləmin məşhurlarında olan “Xoy” aprelin 25-də İrəvanda dəfn olunacaq. Onun dəfninə keçmiş SSRİ-dən bir çox nümayəndələrin gələcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: