Məşhur cadügər öldürüldü
25 Oktyabr 2009 Bazar 14:55
Məşhur cadügər 57 yaşlı Aqoştinyu Moreyra Portuqaliyadakı evində işgəncələr verilərək qətlə yetirilib
Portuqaliyanın məşhur cadugərlərindən biri olan 57 yaşlı Aqoştinyu Mendeş Moreyra qətlə yetirilib. İşgəncə verilərək öldürülən cadügərin meyidi Riu-de-Moinyuş əyalətindəki öz evində aşkar edilib. Ölkənin hüquq-mühfizə orqanları qətlin soyğunçuluq məqsədilə törədildiyini desələr də, kənd sakinləri cinayətin falçının professional fəaliyyəti ilə əlaqələndiriblər.

Ziyarətçiləri 68 yaşlı ruhi xəstə olan qardaşı ilə yaşadığı, elektrik enerjisi olmayan evdə qəbul edən cadügər gördüyü işə görə pul tələb etmirmiş.

Qeyd edək ki, Portuqaliyada həddindən artıq cadugər, ağ və qara magiya biliciləri, falçı və ekstrasenslər yaşayır. Onlar reklam olunmaq üçün qəzetlərdə elan verir, ya da cadügər Aqoştinyunun yaşadığı Penafiel (Portuqaliyanın şimalı) kəndində hər il keçirilən qurultayda iştirak edərək öz məharətlərini nümayiş etdirirlər.

Qeyd edək ki, Portuqaliya höküməti qurultayda iştirak etmək istəyən turistlərdən hər il külli miqdarda gəlir əldə edir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar