Məşhur amerikalı reper Cefri Atkins növbəti həbs cəzası alıb
19 İyul 2011 Çərşənbə Axşamı 03:10
Hal-hazırda məhbəsdə olan reper Cefri Atkins barəsində yenidən həbs qərarı verilib.
Məşhur amerikalı reper həqiqi adı Cefri Atkins olan 35 yaşlı Ja Rule barəsində məhkəmə 28 ay həbs cəzası verib. Buna səbəb Ja Rulenin 1.1 milyon dollarlıq vergi borcudur. Qeyd edək ki, "Pain is Love" albomuyla 2002-ci ildə “Qremmi” mükafatına layiq görülən Ja Rule keçən il icazəsiz silah gəzdirdiyi üçün 2 il həbsə məhkum olunub və reper hal-hazırda Nyu York həbsxanasındadır. Məlumata görə, müğənninin 2 illik həbs cəzası başa çatdıqdan sonra onun barəsində vergi borcuna görə verilmiş həbs cəzasının müddəti başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: