Məşhəd ziyarəti üçün viza rejimi ləğv edildi
16 Dekabr 2012 Bazar 23:51
İran prezidentinin qərarı ilə Məşhəd şəhəri beynəlxalq ziyarət şəhəri təyin edilib.
8-ci İmam Həzrət İmam Rzanı (ə) ziyarət etmək məqsədi ilə İranın şimal şərqində yerləşən Məşhəd şəhərinə səfər edən əcənəbi zəvvarlar üçün viza rejiminin tətbiq edilməsi ləğv olunur. Bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, İran prezident Mahmud Əhmədinejadın iştirakı ilə ötən gün Məşhəd şəhərində milli işgüzar qrupunun qərarına əsasən, bundan sonra İmam Rzanı (ə) ziyarət məqsədilə birbaşa Məşhəd şəhərinə səfər edən zəvvarlar üçün viza rejiminin tətbiqi ləğv ediləcək.
Həmçinin digər bir qərara əsasən, Məşhəd şəhəri beynəlxalq ziyarət şəhəri təyin edilib. İran prezidenti bildirib ki, ziyarət mövzusu beynəlxalq xarakter daşıdığı üçün, Məşhəd şəhərinin inkişaf planları dini və beynəlxalq normaları üzərində icra olunmalıdır.
DOSTLARINLA PAYLAŞ: