Məsciddən donuz ayağı asıldı
14 Dekabr 2009 Bazar Ertəsi 14:40
Fransada məscid təhqir edilib. Məsciddən donuz ayağı asılıb.
Fransada müsəlmanların ibadət ocağı olan məscidə hücum olub. Ölkənin cənubundakı Kastres qəsəbəsindəki məscidin divarlarına faşizmin simvolları və təhqiramiz sözlər yazılıb. Bundan başqa, məscidin qapılarından donuz ayaqları da asılıb.
Fransanın daxili işlər naziri hücum ilə bağlı açıqlama verib. Brice Hortefeux baş vermiş hadisəni pisləyib. O ən qısa zamanda məscidi təhqir edənlərin yaxalanaraq, cəzalandırılacağına söz verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: