Pakistanın Xeybər vilayətində terrorçu-kamikadze şiə məscidi qarşısında partlayış törədib.
Pakistanın Xeybər vilayətində terrorçu-kamikadze şiə məscidi qarşısında partlayış törədərək 23 nəfərin həyatına son qoyub. Yerli polisin verdiyi məlumata əsasən, 50-dən çox yaralı var. İnsident cümə xütbəsindən sonra baş verib.
Namazdan sonra insanlar dağılışarkən izdiham böyük olduğundan, partlayışda itkilərin sayı yüksək olub. Terrorçunun məscidin bazar tərəfə açılan qapısı qarşısında partlayıcını işə saldığı bildirilir.
Hədəfin şiyə məscidi olması əsas şübhələri Taliban və Ləşkəri Canqvi qruplaşmasına yönəldir. Qeyd edək ki, Pakistanın bəzi əyalətlərində dini zəmində zorakılıq müntəzəm xarakter alıb.