Şri Lankada terror aktı baş verib. Terrorçu kamikadze özünü şəhərdəki məscidlərdən birində partladıb. Hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 25-dən artıq insan isə yaralanıb. Yaralılar arasında ölkənin Telekommunikasiya naziri Mahinda Vicesekera, Mədəniyyət naziri Mahinda Yapa Abeyvardena da var. Polis nazirlərin xəsarət alması barədə məlumatı təsdiqləyib. Verilən məlumat görə, terror aktı Akuresa şəhərində keçirilən rəsmi dəvət zamanı baş verib. Qəbulda rəsmi şəxslər də iştirak ediblər. /ANS PRESS/