Mescidde erotik video
20 Oktyabr 2013 Bazar 07:29
İbadete bağlı olan Alaca İmaret mescidinde fransız senetçinin klipi böyük ekranda nümayiş etdirilib.
Yunanıstanın Selanik şəhərində, Alaca İmarət Məscidində baş tutan sərgidə video göstərilməsi Türkiyə və Yunanıstan arasında mübahisəyə səbəb oldu. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ibadətə bağlı olan və müxtəlif tədbirlər keçirilən məsciddə fransız sənətçi Ange Leccianın “Nimfea” adlı klipi böyük bir ekranda nümayiş etdirilib.
Selanikdəki müsəlman dərnəyi bu klipi erotik hesab etdiyi üçün Selanik bələdiyyə sədrinə şikayət edib. Baş konsul Toğrul Biltekin də bələdiyyə sədri və Selanik Baş yepiskiopuna etirazı dilə gətirən məktub ünvanlayıb. Məktubda “Alaca İmarət"in məscid olaraq inşa edildiyi, ibadət üçün bağlı olmasının müsəlmanlar üçün əhəmiyyətinin azaltmadığını və videonun nümayişinin dayandırılması tələb edilib.
Bələdiyyə başçısının "sənətə qadağa olmaz" deməsinə bağmayaraq, hökumət idarələri videonun başqa yerdə nümayiş etdirilməsi haqqında qərar verib.
DOSTLARINLA PAYLAŞ: