Məsciddə 4 yaşlı uşaq zorlandı
25 Dekabr 2009 Cümə 18:00
Dubayda dəhşətli qətl hadisəsi baş verib
Dubayda dəhşətli qətl hadisəsi baş verib. Birləşmiş Ərəb Əmirliklərinin 30 yaşlı sakini 4 yaşlı pakistanlı oğlan uşağına hədiyyə vəd edərək məscidin tualetinə gətirib. Burada o uşağı zorlayıb, onun qışqırıq səslərinin qarşısını almaq üçün ağzını tutub və özü də bilmədən onu qətlə yetirib.

Hazırda ona qarşı ittiham irəli sürülüb. Dubay vəkilləri isə bir-birinin ardınca 4 yaşlı uşağın qətlində ittiham olunan şəxsi müdafiə etməkdən boyun qaçırır.

İndi onun ölüm hökmünə məhkum ediləcəyi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar