Məscid imamı ilə sakinlər arasında problem yaranıb
24 Noyabr 2009 Çərşənbə Axşamı 16:35
Rusiyanın Orsk şəhərinin sakinləri azanın verilməsindən narahat olub
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki məscidin imamı ilə sakinlər arasında problem yaranıb. Buna səbəb Yeni Biofabrika qəsəbə sakinlərinin hər səhər saat 05:30-dan axşam saat 23:00-a kimi səsgücləndirici vasitəsi ilə əhalinin namaza səslənməsindən narahat olmasıdır. Sakinlər azanın uşaqların yatmasına mane olduğunu bildiriblər.
İnzibati komissiyası isə səhər azanına görə, imama 500 rubl həcmində cərimə kəsib. Lakin sonradan bu cərimə ləğv edilib.
Belə ki, sakinlərlə imam arasında yaranmış münaqişə həll edilib. Məscidin imamı qanunvericilikdə nəzərdə tutulduğu kimi səhər saat 07:00-a kimi, axşam isə 23:00-dan sonra azanın verilməyəcəyini bildirib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: