Aktrisanın bu fotoşekilleri ilk defe yayımlanıb.
Ölümünün üzərindən illər keçsə də populyarlığını itirməyən məşhur aktrisa Merlin Monronun bu günə qədər yayımlanmaış fotoşəkilləri ortaya çıxıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, aktrisanın Koreyada vuruşan əsgərlərə dəstək verdiyi məlum olub.
M.Monronun 1954-cü ildə Koreyada vuruşan amerikalı əsgərləri ziyarət edərkən çəkilən fotoşəkilləri ilk dəfə yayımlanıb.
Aktrisa həmin vaxt 100 min əsgərə 4 gündə 10 konsert verib.
İngilis qəzetlərindən “Daily Mail”in xəbərinə görə, Monronun13 ədəd ağ-qara fotoşəkli və 4 rəngli fotoşəkili satışa çıxarılacaq. Fotoşəkillərdə 28 yaşlı Monro əsgərlərə konsert verərkən və qrim otağında görünür.
Ölümündən 50 il keçən aktrisanın fotoşəkilləri hələ də böyük maraqla qarşılanır və kifayət qədər baha qiymətə satılır.