Merkezi Seçki Komissiyası sedri prezident olmaq isteyir
15 Avqust 2013 Cümə Axşamı 04:41
Gürcüstan Merkezi Seçki Komissiyası sedri Zurab Kharatişvili, prezident seçkilerinin vaxtına az qalmış, vezifesinden istefa vermek qerarına gelib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Zurab Kharatişvili, prezident seçkilərinin vaxtına az qalmış, vəzifəsindən istefa vermək qərarına gəlib.
ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın adamları, Kharatishvilinin prezidentliyə namizədliyini vermək niyyətində olduğunu bildiriblər.
Kharatişvilinin isə bu gün keçirəcəyi mətbuat konfransında bu məsələyə aydınlıq gətirəcəyi gözlənilir. O, oktyabrın 27-də keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini bu gün açıq şəkildə elan edəcək.
MSK sədrinə yaxın mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, Kharatishvili, tutduğu vəzifədən istefa ərizəsini artıq parlamentə göndərib. Parlament isə 15 gün ərzində ərizəyə baxaraq, ona cavab verəcək.
Belə hesab olunur ki, əgər Parlament ərizəni təsdiq edərsə, Kharatişvili dərhal vəzifəsindən azad ediləcək.
DOSTLARINLA PAYLAŞ: