Mərkəzi bankın müdiri bankı soydu
06 Sentyabr 2014 Şənbə 10:23
Mərkəzi bankın müdiri külli miqdarda pulun mənimsənilməsi ittihamı ilə həbs edilib.
Albaniya Mərkəzi bankının müdiri külli miqdarda pulun mənimsənilməsi ittihamı ilə həbs edilib.

ANS PRESS-in məlumatına görə, Ardian Fullani vəzifəsindən sui istifadə etmək maddəsi ilə ittiham olunur.

Hökümət bankın xəzinəsindən 6 milyon dollar pulun oğurlanması işini araşdırır. Fullani bu cinayət işi ilə əlaqədar həbs edilən 17-ci şübhəlidir.
İstintaqın bildirdiyinə görə oğurluq 4 il ərzində baş verib.

Fullani bütün ittihamları təkzib edir. Günahı isbat ediləcəyi təqdirdə onu 7 il həbs cəzası gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar