Mərkəzi Bankda orta aylıq maaş 2000 dollardır
16 Dekabr 2009 Çərşənbə 18:00
Gələn il bu göstərici 11 faiz artırılacaq
Rusiyanın Mərkəzi Bankı Milli Bank Şurasının qərarı ilə 2010-cu ildə işçilərinə çəkilən xərci 11,2 faiz artıracaq.
“İqtisadi forum” jurnalının RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bankda sonuncu dəfə əmək haqqı artımı 2008-ci ildə baş verib.

Agentliyin məlumatına görə, bankın işçi heyətinin ümumi xərcləri 74,15 milyard rubl (2,5 milyard dollar) təşkil edəcək.

Hazırda Mərkəzi Bankın 69 minə qədər işçi heyəti var. Qlobal böhranla əlaqədar bank işçilərinin əmək haqları 2009-cu ildə indeksləşdirilməyib.

Sonuncu dəfə onların əmək haqları 2008-ci ildə 30 faiz artırılıb. Bu artımdan sonra Bankın işçilərinin orta aylıq maaşı 59,7 min rubla (2 min dollar) qalxıb. Yeni artım qüvvəyə minəndən sonra orta aylıq əmək haqqı təxminən 66,3 min rubla (2,8 min dollar) çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar