Merkelin kortejində qəza
18 Aprel 2010 Bazar 11:40
Alman nümayəndə heyətinin olduğu avtobusun təkəri partlayıb.
Almaniya kansleri Angela Merkelin avto kortejində qəza baş verib. Belə ki, Berlinə getmək üçün İtaliya ərazisindən keçən Merkeli müşayiət edən avtobusun təkəri partlayıb. İçərisində alman nümayəndə heyətinin 60 nəfər üzvünün olduğu avtobusun təkəri təmir edildikdən sonra kortej yoluna dava edib.

Angela Merkel cümə günü ABŞ səfərindən Berlinə qayıtması olsa da, Almaniyadakı hava limanları işləmədiyindən Portuqaliyanın paytaxtı Lissabon şəhərinə uçmalı olub. Ötən gün təyyarə ilə Romaya gələn Kansler İtaliyadan Almaniyaya maşınla getmək məcburiyyətində qalıb. “Başıma heç vaxt belə bir şey gəlməmişdi”,-deyə Merkel bildirib. Almaniyanın kansleri Polşa prezidenti Lex Kaçinskinin dəfnində iştirak etməklə bağlı planında da dəyişiklik etməli olub. Bu barədə məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, İslandiyada 200 il sonra oyanan vulkanda baş verən partlayışlar Avropanın kabusuna çevirilib. Mərkəzi və Şimali Avropanın hava nəqliyyatı iflic vəziyyətə düşüb. Yüzminlərlə sərnişin hava limanlarında qalıb. Vulkandan çıxan kül buludu görüntü məhduddiyyəti yaratmaqla yanaşı, təyyarələrin mühərriklərinə ziyan vurduğu üçün Avropada nəzərdə tutulan 28 min uçuşdan 16 mini təxirə salınıb. Avropa ölkələrinin bir çoxunda hava limanları tamamilə bağlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar