Merkel Vladimir Putinə zəng edib
24 Mart 2014 Bazar Ertəsi 05:57
Dünən baş tutmuş telefon danışığı zamanı tərəflər ATƏT-in Ukraynaya monitorinq missiya qrupunun göndərməsi ilə bağlı razılıq ifadə ediblər
Putin və Merkel ATƏT-in Ukraynaya missiya qrupu göndərməsini dəstəkləyib. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti ilə Merkel arasında dünən baş tutmuş telefon danışığı zamanı tərəflər ATƏT-in Ukraynaya monitorinq missiya qrupunun göndərməsi ilə bağlı razılıq ifadə ediblər.

Putin və Merkel Krımın Rusiya tərkibinə qatılmasından sonra yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti və Almaniya kansleri dialoqun ekspertlər səviyyəsində davam etdirilməsi üçün hazırlığı təsdiqləib. Putinlə Merkel arasında söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

ATƏT-in müşahidəçilər qrupu Ukrayanaya martın 3-də , Krımda referendum baş verməzdən əvvəl gəlməli idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar