Merkel və Sarkozi diktator adlandırıldı
21 İyun 2011 Çərşənbə Axşamı 23:09
Lüksemburqda etiraz aksiyası keçirilib.
Avropa ölkələrində tətbiq edilən ağır iqtisadi tədbirlər əleyhinə Lüksemburqda mindən yuxarı etirazçının iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiya iştitrakçıları Avropa İttifaqı rəhbərliyini və üzv ölkələrin ayrı-ayrı hökumətlərini hazırkı iqtisadi siyasətini bank-maliyyə sahəsinə deyil, sosial sahəyə
yönəltməyə çağırıb.

Həmkarlar İttifaqları Almaniya və Fransa liderlərini “Avropanın diktatorları” adlandırır. Onlar hesab edir ki, adıçəkilən Avropa liderləri problemlərin həlli üçün nisbətən zəif ölkələri faktiki olaraq qurban verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar