Merkel ve Putin Suriya meselesini müzakire edibler
29 Avqust 2013 Cümə Axşamı 21:20
Merkel və Putin problemin helli üçün beynelxalq Suriya konfransının teşkil edilmesini ireli sürürler.
Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər. ANS PRESS-in Almaniya hökumətinin mətbuat xidmətinin açıqlamasına istinadən verdiyi məlumata görə, Merkel Suriyadakı vətəndaşlara edilən hücumlara qarşı beynəlxalq ictimaiyyətin təzyiq göstərməsinin vacibliyini qeyd edib.
Dialoq zamanı hər iki lider mövzunun BMT-də nüzakirə edilməsi ilə bağlı razılıq ifadə ediblər. Telefon danışığı zamanı tərəflər Suriyadakı qarşıdurmanın yalnız siyasi yolla həll oluna biləcəyini qeyd ediblər. Rəsmilər həmçinin problemin həlli üçün beynəlxalq Suriya konfransının təşkil edilməsində də həmfikir olduqlarını dilə gətiriblər.
DOSTLARINLA PAYLAŞ: