Merkel “erməni açılımı”na münasibət bildirib
19 Sentyabr 2009 Şənbə 05:45
“İnsaların bir-biri ilə danışması bir-biri haqqında danışmasından daha yaxşıdır”
Almaniyanın kansleri Angela Merkel Türkiyədəki “kürd açılımı” və Ermənistanla münasibətlərin normallaşdırılmasına münasibət bildirib. O Türkiyənin “Hürriyət” qəzetinə açıqlamasında bunları deyib: “Türkiyə və Ermənistanın diplomatik əlaqələrə başlamaq barədə qərar qəbul etdiklərini eşidəndə çox məmnun oldum. Bu, çətin mövzular ətrafında müzakirələrərin daha yaxşı olduğunu ortaya qoymaq üçün təməl rolunu oynayacaq. İnsaların bir-biri ilə danışması bir-biri haqqında danışmasından daha yaxşıdır”.
Ancela Merkel rəsi Ankaranın “kürd açılımı” siyasətini çox cəsur və vacib addım kimi dəyərləndirib.
DOSTLARINLA PAYLAŞ: