Meriyanın əməkdaşlarına ittiham irəli sürülüb
30 İyun 2013 Bazar 07:14
İyunun 28-dən 29-na keçən gecə saxlanılan məmurlar 30 milyon dollar məbləğində büdcə vəsaitlərini mənimsəyib.
Gürcüstanda büdcə vəsaitlərinin mənimsəməsində şübhəli bilinən Tbilisi meriyasının 4 yüksək vəzifəli şəxslərinə rəsmi ittiham təqdim olunub.
“Azadlıq” radiosunub verdiyi xəbərə görə, təqsirləndirilənlərin vəkilləri bildiriblər ki, onların müdafiə etdikləri şəxslər özlərini təqsirsiz hesab edir.
İstintaqın versiyasına görə, iyunun 28-dən 29-na keçən gecə saxlanılan məmurlar 30 milyon dollar məbləğində büdcə vəsaitlərini mənimsəyib. Məhkəmə bu gün onların barəsində qəti-imkan tədbiri seçmək niyyətindədir.
DOSTLARINLA PAYLAŞ: