Meriya ilə üzbəüz yanacaqdoldurma məntəqəsi açıldı
05 Oktyabr 2010 Çərşənbə Axşamı 16:50
Batumidə SOCAR brendi altında fəaliyyət göstərən növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Gürcüstanın Batumi şəhərində, Lermontov küçəsində, şəhər meriyası ilə üzbəüzdə daha bir yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib.
“SOCAR Georgia Petroleum” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Bildirilib ki, yeni məntəqənin istismara buraxılması ilə Gürcüstan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 49-a çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: