Merin “Mercedes”ini oğurladılar
27 May 2010 Cümə Axşamı 19:05
681 min dollarlıq avtomobil pullu dayanacaqdan qaçırılıb.
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərinin merinə məxsus olan avtomobil oğurlanıb. Peterburqda dəmir jalyuziləri kəsərək pullu avtomobil dayanacağına daxil olan oğrular 41 yaşlı merə məxsus olan "Maybach 62S " avtomombilini oğurlayıblar.

Xüsusi avadanlıqlarla avtomobilin siqnalizasiya sistemini söndürən peşəkar oğrular avtodayanacağın gözətçisinin də diqqətini cəlb etməyiblər. Oğurlanan avtomobilin qiymətinin təqribən 681 min dollar olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar