Mərakeşin fəxri konsulu Hələbdə öldürüldü
06 Dekabr 2012 Cümə Axşamı 02:30
Diplomat hoteldən çıxarkən güllələnib
Mərakeşin fəxri konsulu Məhəmməd Əli əd-din Kiyali Hələbdə öldürülüb. ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, Məlumatı “Məğrib Ərəb Press” agentliyi yayıb.
Diplomat dostları ilə birlikdə hoteldən çıxarkən güllələnib. Fəxri konssula bərabər yanındakı bir nəfər də həlak olub. Məhəmməd Əli əd-din Kiyali Suriya vətəndaşı olub və 2001-ci ildə Hələbdə Mərakeşin fəxri konsulu idi.
DOSTLARINLA PAYLAŞ: