Mərakeş konstitusiyasında dəyişikliklər ediləcək
11 Mart 2011 Cümə 06:51
Bu məqsədlə 19 nəfərdən ibarət xüsusi komissiya yaradılıb
Ötən gün Mərakeşdə ölkə konstitusiyasının müddəalarına dəyişikliklərin edilməsi üçün xüsusi komissiya yaradılıb. Komissiyaya başda məşhur hüquqşünas Əbdüllətif Mennuni olmaqla 19 nəfər daxil olub. Onların qarşısında duran əsas vəzifə ölkənin əsas qanununa düzəlişlərin edilməsi və müvafiq təklifləri bu ilin iyun ayında ölkə başçısı Kral VI Məhəmmədə təqdim etməkdir. Kralın özü tərəfindən elan edilən yenidənqurma proqramında hüquqi dövlətin möhkəmləndirilməsi, fərdi və kollektiv azadlıqların genişləndirilməsi nəzərdə tutulur. Proqramın əsas məqsədi irimiqyaslı konstitusional islahatların aparılması, baş nazirin status və səlahiyyətlərinin gücləndirilməsidir. Güman olunur ki, gələcək konstitusiyaya əsasən nazirlər kabinetinin başçısı əvvəllər olduğu kimi ölkə başçısı tərəfindən seçilməyəcək, əksinə, parlament seçkilərin qələbə çalmış partiyanın sıralarından namizədliyi irəli sürüləcək. Bundan başqa Mərakeşdə məhkəmə sistemi möhkəmləndiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar