Martın 6-da Mərakeş Xarici İşlər Nazirliyi İranla diplomatik əlaqələrin dayandırıldığını bildirib. Rəsmi Rabat bu addımını İran yüksək vəzifəli şəxsinin Bəhreynin müstəqilliyi barədə verdiyi şərhlə bağlayıb. Belə ki, fevralın 20-də İran parlamentinin üzvü Əli Əkbər Natek Nuri bildirib ki, Bəhreyn əvvəllər İranın 14-cü əyaləti olub və ölkə parlamentində nümayəndələri var.
Mərakeş hökuməti bu qeydi yersiz hesab edib və fevralın 25-də Tehrandan öz nümayəndəsini geri çağırıb. Nurinin dedikləri Bəhreynin özündə və bir sıra ərəb ölkələrində də narazılıqla qarşılanıb./ANS PRESS/