Mənzil bazarında canlanma qeydə alınıb
22 Mart 2009 Bazar 11:10
Fevralda həm yeni tikililər üçün alınan icazələrin sayı artıb, həm də istifadəyə verilən mənzillər çoxalıb

İpoteka böhranından bəri ilk dəfə Amerikanın mənzil bazarında canlanma qeydə alınıb. Amerika Birləşmiş Ştatlarının (ABŞ) ticarət nazirliyindən verilən məlumata görə, fevral ayında 583 min mənzil istifadəyə verilib. Bir ay əvvəl isə bu göstərici 477 mindən də aşağı olub. Bu da son 50 ildə ən aşağı rəqəm sayılır.
Bundan sonra da Amerikanın tikinti bazarında aktivliyin zəifləyəcəyini proqnozlaşdıran analitiklər üçün belə vəziyyət gözlənilməz olub. Mövcud böhran vəziyyətində tikinti bazarındakı oyanış mütəxəssislərdə bir sıra suallar yaradıb. Belə ki, ekspertlər tikinti sektorunda canlanma üçün heç bir əsas görmürlər. Maraqlıdır ki, ötən ay yeni tikinti aparmaq üçün icazə alınması məqsədilə müraciətlərin sayı da 3 faizdən çox artıb. Bunu nəzərə alan bəzi ekspertlər iqtisadiyyatın dirçəlməyə doğru getdiyini düşünsə də, böyük əksəriyyət bu vəziyyətin müvəqqəti xarakter daşıdığını bəyan edir.
Qeyd edək ki, ABŞ-da yeni salınan tikintilərdə bağlı statistik məlumatlar 1959-cu ildən toplanır və 2009-cu ilin yanvar ayında bu göstərici ən aşağı həddə düşüb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar