Mən sizin hər birinizi Ağdama çağırıram!
23 İyul 2010 Cümə 12:15
Ağdamlılar Ağdamı andılar.
“Hörmətli ağdamlılar, mən sizin hər birinizi Ağdama çağırıram. Bu gün dövlətimizin apardığı səmərəli işlər sayəsində Agdamdan köçənlərin Ağdama qayıdışı başlayıb. Ağdamlılar rayonun işğal edilməmiş ərazilərində ciddi quruculuq işləri ilə məşğuldurlar. Siz də gəlin Ağdama, birlikdə quraq, yaradaq”. Bu sözləri bu gün Ağdamın işğalının 17-ci ili münasibətilə Şəhidlər Xyabanına gələn rayonun icra başçısı Nizami Sadıqov deyib.

Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də ağdamlılar rayonun işğal gününü yad etmək üçün Şəhidlər Xiyabanına toplandılar. Rayonun İcra Hakimiyyəti adından şəhidlər məqbərəsinin önünə əklil qoyuldu. Ağdam və bütün Qarabağ torpaqları uğrunda baş verən döyüşlərdə həyatını qurban verən insanların ruhuna dualar oxundu. Sonra isə rayonun icra başçısı N.Sadıqov və bir sıra insanlar Ağdamın işğal gününü xatırladılar.

Çıxışlarda prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması uğrunda apardığı intensiv danışıqlar təqdir olundu. Çıxış edənlər üzümüzə gələn il işğal gününün məhz Ağdamda keçiriləcəyinə ümidlərini ifadə etdilər.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında millət vəkilləri və Ağdamın ziyalıları, tanınmış sənət adamlar da var idi.

Xatırladaq ki, 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqda, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar