Məmurlar büdcəni doldurmaq üçün orijinal metod tapıblar
22 Yanvar 2013 Çərşənbə Axşamı 17:25
Belçikada qar topu atanlar cərimə olunacaq
Belçikada qar topu atmağa görə inzibati cərimə tətbiq olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vinqen və Lixterveld şəhərlərinin administrasiyası, həmçinin Flandriyanın bir çox hollanddilli kommunalarında artıq 100 avro dəyərində cərimə tətbiq olunur.

Məmurlar hesab edir ki, uşaqlarda qar topu atmaq vərdişi daş atmaq vərdişinə çevrilə bilər. Bu da gələcəkdə vətəndaşların sağlamlığına və mülkiyyətinə potensial təhlükə mənbəyi sayıla bilər.

Qar topu atanlara isə polis nəzarət edəcək. Hətta bununla bağlı ölkə sakinləri arasında belə bir zarafat da yaranıb ki, Avrozonada yaranmış maliyyə böhranını və Belçikaya yağan güclü qarı hökumət rəsmiləri birləşdirərərək, büdcəni doldurmağa yeni metod tapıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar