Məktub 220 il sonra ünvanına çatdı
19 Aprel 2010 Bazar Ertəsi 04:50
Məktub 1790-cı ildə Parisdən Fransanın şimal qərbində Tuluza yaxınlığındakı Seiks kəndinə göndərilibmiş.
Fransada yazılmış bir məktub kiçik bir səhv ucbatından göndərildiyi ünvana 220 il sonra çatdı. İki səhifədən ibarət məktub 1790-cı ildə Parisdən Fransanın şimal qərbində Tuluza yaxınlığındakı Seiks kəndinə göndərilibmiş.
Məktub kəndə 240 km-lik məsafəyə çatsa da ünvan dəqiq olmadığı üçün yerli poçt şöbələrindən birində qalıb. Böyük Fransa inqlabı və Napaleon dövrlərində yoxa çıxmayan məktub 2 dünya müharibələrindən də itkin düşmədən sağ-salamat çıxıb.
1999-cu ildə isə seiksli bir arxivçi yerli bələdiyyə məclisinin sənədlərini gözdən keçirərkən bu məktubu da qeydiyyatdan keçirib. 4 əsrə (XVIII, IX, XX, XI) şahidlik edən Məktub isə 11 il sonra açılıb.
Məlum olub ki, bu, Parisdəki mərkəzi idarədən Seiks idarəçilərinə yazılmış bir bildirişdir. Məktubda qəsəbənin həmin bölgənin paytaxtı olması istiqamətində olan tələbə rəd cavabı verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: