Məktəblinin sevgi etirafı onun həbsinə səbəb olub
19 Fevral 2010 Cümə 18:25
12 yaşlı qız yaşadığı dəhşətdən özünə gələ bilmir
Nyu Yorkun 12 yaşlı sakini Aleksa Qonsales məktəb partasında sevgi etirafını həkk etdikdən sonra icbari qaydada Amerika penitensiar sistemi ilə tanış edilib.
“CNN”-in yaydığı məlumata görə, əlləri qandallanan balaca qız üç günlük həbslə yanaşı 8 saat müddətində islah işləri və məktəb proqramı çərçivəsində müvafiq cərimələrlə cəzalandırılıb.
Məktəbli isə yaşadığı dəhşətdən hələ də özünə gələ bilməyib. “Onlar mənim biləklərimə qandal vurdular və mən buna inana bilmirdim”,-deyə Aleksa bildirib.
Məktəblinin anası Moriama Tamako isə qızına qarşı olan münasibəti sürgün kimi qiymətləndirib və bir “smaylik”ə görə bu cür cəzanı ədalətsizlik kimi qiymətləndirib.
Partanın üzərində isə Aleksa “Mən dostlarım Ebbi və Feyti sevirəm. Burada Leks olub 2/1/10 :)” sözlərini yazıbmış.
Qeyd edək ki, polisin müdaxiləsinə səbəb “Junior High School” rəhbərliyinin müraciəti olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: