Məktəbdə dəhşətli anlar yaşandı
17 Yanvar 2013 Cümə Axşamı 17:50
Açılan atəş nəticəsində 7 uşaq ölüb
Afrika İttifaqının ordusu Somali silahlılarının ardınca düşərək səhvən dini məktəblərdən birinə atəş açıblar. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, nəticədə 7 nəfər ölüb. Onlardan 5-i 10 yaşdan aşağı olan orta məktəb şagirdləri olub.

Hadisə ölkə paytaxtından 120 kilometr aralıda yerləşən Letto kəndində baş verib.

Qeyd edək ki, Afrika İttifaqının ordusu Somali hökumətinə “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan “Əl-Şəbaab” silahlı qruplaşmasına qarşı mübarizədə yardım edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar