ABŞ Nevada əyalətinin Reno şəhərində təhsil alan misirli mühacir qız məruz üzləşdiyi təhqirlərə görə məktəbdən külli miqdarda təzminat alacaq. ANSPRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, Jana Elhifni adlı misirli şagird təhsil aldığı “North Valleys” litseyində müsəlman və hicablı olduğu üçün təhqirlərə məruz qalıb. Məktəbi tərk etmək məcburiyyətində qalan Elhifni Əyalət idarə məhkəməsinə şikayət edib. Ancaq şikayət hakim qarşısına çıxmadan məktəblə şagird arasında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən misirli mühacir ailənin qızı olan Elhifni məktəbdən 350 min dollar alacaq. /ANSPRESS/