Meksikalılar təşviş içindədir
11 İyul 2010 Bazar 20:25
Sel suları Meksika ilə ABŞ arasındakı sərhədin bağlanmasına səbəb olub.
Sel suları Meksika ilə ABŞ arasındakı sərhədin bir hissəsinin bağlanmasına səbəb olub. Sel nəticəsində Reynosa və Hidalqo arasındakı sərhəddə qarşı tərəfləri birləşdirən magistral yolda nəqliyyatın hərəkəti iflic olub.

Rəsmilər Mexiko şəhəri ətrafındakı yaşayış yerlərində əhaliyə evlərini tərk etməyi tapşırıb. Yağan yağışlar nəticəsində Rio-Qrande çayının səviyyəsinin daha 2 metr artacağı bildirilir. Keçən həftə “Aleks” qasırğası və bölgədə müşahidə edilən tropik leysanlar nəticəsində artıq on minlərlə insan evakuasiya edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar